Sərhəddə görüş başa çatdı – İlk açıqlama/QƏRAR

Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyasının sərhəddə görüşü başa çatıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir müavinin ofisindən bildirilib.

Qeyd olunub ki, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri sərhədlərin delimitasiyası məsələsini müzakirə ediblər.

Görüşün yekununda tərəflər delimitasiya və demarkasiya məsələləri üçün komissiyanın fəaliyyətini aktivləşdirmək barədə ortaq qərar veriblər. Həmçinin proseslə bağlı bəzi sənədlər razılaşdırılıb.

Həmçinin növbəti görüşün keçirilməsi üçün tarix və məkanın müəyyən edilməsinə qərar verilib.

***

Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyasının sərhəddə görüşü başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan iştirak edirlər.

Qeyd edək ki, görüşün Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan bölgəsinin sərhədində keçirildiyi deyilir.

Ayşən Mustafa
Globalinfo.az