Sərhəddə erməni sakinlərə sənəd paylandı: “Ərazidən əl çəkin”

“Tavuş vilayətinin demarkasiya prosesi nəticəsində Azərbaycanın nəzərətinə keçən hissəsində yaşayan sakinlərinə ərizələr paylanılıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Pastinfo” nəşri məlumat yayıb.

Nəşr yazır ki, hökumət tərəfindən hazırlanan ərizıə formasında Azərbaycanın nəzarətinə keçən ərazilərdə evi olan sakinlərin mülklərindən könüllü şəkildə imtina etdikləri qeyd olunur. Bunun əvəzində isə həmin sakinlərə müəyyən məbləğdə kompensasiyanın ödəniləcəyi, dəymiş zərərin qarşlılanacağı bildirilib. Sakinlərə sənədə imza atmalı olduqları deyilib.

Sakin ərizəni imzalamaqla Tavuş qubernatorluğuna onun mülkiyyət hüququna xitam verilməsini üçün Kadastr Komitəsinə rəsmi müraciət etmiş olur.

Qeyd edək ki, bundan öncə Ermənistan Ədliyyə Nazirliyi həmin ərazilərin Ermənistanın rəsmi şəkildə bir hissəsi olmadığını əsas göstərmiş, bu səbəblə 30 ildən çoxdur orada ev tikən sakinlərə verilən mülkiyyət sənədlərinin keçərsiz olduğunu bildirmişdi.

Ayşən Mustafa
Globalinfo.az