Bakı və İrəvana xəritələri verməyə hazırıq – Kreml

“Rusiya Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi üçün lazımi kartoqrafik materialları verməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Moskva İrəvan və Bakı nümayəndələrinin sərhəddə son görüşünü alqışlayır. Rusiya Federasiyası sərhədin demarkasiyası prosesinə hər cür dəstəyi verməyə hazırdır, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşündə təsdiqləyib”, – Zaxarova bildirib.

Ayşən Mustafa
Globalinfo.az