Sərhədlə bağlı sənəd nə vaxt hazır olacaq? – Qriqoryan

“Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası üzrə komissiyalar işlərini bitirdikdən sonra razılaşdırılan sənəd dövlət səviyyəsində icra üçün təqdim ediləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

O, əldə edilən sənədin dövlət səviyyəsində qanun layihəsi kimi təqdim ediləcəyini bildirib:

“Hazırkı mərhələdə biz birgə fəaliyyətin metodologiyasını müzakirə edirik. 2-3 ay ərzində iş metodologiyasını özündə əks etdirən reqlamenti müəyyənləşdirə bilərik. Lakin faktiki olaraq sərhədlərin müəyyən edilməsi, demarkasiya prosesi çox vaxt tələb edir”.

Ayşən Mustafa
Globalinfo.az