Sərhəd döyüşləri yaxınlaşır: Başlanğıc tarixi üçün seçilən günə diqqət…

Sərhəd döyüşləri yaxınlaşır: Başlanğıc tarixi üçün seçilən günə diqqət...

Son günlər Ermənistan tərəfindən Azərbaycanla şərti sərhəddə genişmiqyaslı təxribata hazırlıq işlərinin aparıldığını bir çox faktlar sübut edir.

Globalinfo.az xəbər verir ki, artıq hətta iki ölkə arasındakı hərbi toqquşmaların başlama tarixi ilə bağlı versiyalar da mövcuddur.

Ermənilər İran KİV-ə istinadən bildirirlər ki, Azərbaycan və Ermənistan arasında genişmiqyaslı hərbi əməliyyatların başlanma tarixi 16-17 sentyabr ola bilər.

Xatırladaq ki, sentyabrın 16-da İranda geniş etirazlar gözlənilir. Buna səbəb isə həmin tarixdə Məhsa Əmininin ölümünün ildönümü olmasıdır.

Əliyar Xəlil
Globalinfo.az