Sergey Lavrov: “İrəvan bunun üçün sənəd göndərməyib”

“İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq üçün heç bir rəsmi sənəd göndərməyib”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

S.Lavrov Ermənistanın təşkilatdan çıxması məsələsinin müzakirə edilmədiyini bildirib:

“Ermənistanın KTMT-dən çıxması proseduru assosiasiyaya üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının sessiyasında müzakirə olunmayıb. Çünki bu məsələ ilə bağlı təşkilata müvafiq sorğu daxil olmayıb”.

Ayşən Mustafa
Globalinfo.az