Serbiya parlamenti yaxınlığında keçirilən etiraz aksiyası zamanı polis iştirakçıları ərazidən uzaqlaşdırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat verib.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları mitinq iştirakçılarını qalxanlarla geri çəkilməyə məcbur edib, həmçinin dəyənəklərdən istifadə olunub və bir sıra etirazçı saxlanılıb.
*** 23:39
Serbiyanın paytaxtı Belqradda on minlərlə insan növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi ilə küçələrə axışıb. Etirazçılar ölkə prezidenti Aleksandar Vuçiçin istefasını və yeni seçkilərin təyin olunmasını tələb ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Mitinq paytaxtın mərkəzində yerləşən Slaviya meydanında baş tutub. Bu aksiya 2023-cü ilin noyabrında Novi-Sad dəmiryolu vağzalında baş verən və 16 nəfərin ölümü ilə nəticələnən beton örtüyün çökməsindən sonra başlayan antikorrupsiya etirazlarının davamıdır.
Son bir ay ərzində etirazçılar daha açıq şəkildə erkən seçkilərin keçirilməsini tələb etməyə başlayıblar. Hazırkı parlamentdə Vuçiçin rəhbərlik etdiyi partiya üstünlük təşkil edir. Prezident isə bildirib ki, seçkilər yalnız 2026-cı ilin sonunda – qanuni vaxtında keçiriləcək.
Etirazçılar Vuçiçə qarşı qoyduqları vaxt bu gün bitir, lakin Prezident buna cavab olaraq “Ultimatum qəbul edilmir, gözləməyə dəyməz” deyib.
Aysel Əliyeva
Globalinfo.az














