Separatçıların nümayəndəsi İrəvana gedir: Şuşa ilə bağlı suallar cavablandırılacaq

Separatçı qondarma rejimin keçmiş “müdafiə naziri” Cəlal Harutyunyan 44 günlük müharibəni araşdıran komissiya qarşısına çıxarılacaq.

Globalinfo.az xəbər verir ki, bunu komissiyanın rəhbəri Andranik Köçəryan deyib.

Köçəryan artıq ilkin razılaşmanın əldə olunduğunu, Harutyunyanın komissiya qarşısında müharibə ilə bağlı sualları cavablandıracağını deyib. Komissiya sədri keçmiş “nazirin” xüsusilə Şuşa haqqında sualları cavablandırmalı olduğunu bildirib.

Qeyd edək ki, 27 oktyabr 2020-ci ildə Qondarma Dağlıq Qarabağ Respublikası “prezidenti” Arutyunyanın döyüşlərdə yaralandığına görə vəzifəsindən azad edildiyini, yerinə Mikael Arzumanyanın vəzifəyə gətirildiyini açıqladı. Harutyunyanın ölməsilə bağlı iddialar yayılsa da, daha sonra vəziyyətinin düzəldiyi və ona “qəhrəman” statusu verildiyi deyildi. Hazırda dəqiq harada olduğu bilinməyən, Qarabağda qaldığı deyilən Cəlal Harutyunyanın komissiya qarşısında ifadə vermək üçün ərazidən necə çıxacağı, İravana necə gedəcəyi isə məlum deyil.

Ayşən Mustafa
Globalinfo.az