Separatçılara daha bir zərbə

Qarabağdakı erməni separatçılarının ən böyük un emalı zavodlarından birinin elektrik sistemində qəza baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Belə ki, separatçılar qarşıdakı günlərdə onları ağır vəziyyətin gözlədiyini anons ediblər.

Əhaliyə müraciətdə bildirilib ki, mümkün qədər çörəklə bağlı qənaət tədbirlərinə əl atsınlar. Problemin aradan qaldırılmasının bir neçə gün çəkəcəyi gözlənilir.

Xatırladaq ki, bir müddət əvvəl də separatçılar çörək istehsalını azaltmışdılar. Buna səbəb isə qeyri-sabit hava şəraiti nəticəsində taxılın rütubətli olması və üyüdülmə prosesində problem yaranması idi.