SEPAH-ın polkovniki öldürüldü

İranın Kirmanşah əyalətində SEPAH-ın təhlükəsizlik idarəsinin rəisi, polkovnik Nadir Bayrami öldürülüb.

Globalinfo.az xəbər verir ki, hadisə bu gün Kirmanşah əyalətinin Səhnə şəhərində baş verib.

Onun etirazçılar tərəfindən soyuq silahla öldürüldüyü bildirilir:

“SEPAH-ın Kirmanşah əyalətindəki kəşfiyyat zabiti, polkovnik Nader Bayrami xidməti vəzifəsini yerinə yetirərkən iğtişaşçılar tərəfindən öldürülüb”.

Qətli törədən şəxslərin həbs edildiyi qeyd edilib.