SEPAH-ın daha bir generalı öldürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Paylaşımda SEPAH-ın Qüds qanadının Fələstin bölməsinin rəhbəri (Hacı Ramazan ləqəbli) Səid İzədinin Tehranda İsrail tərəfindən öldürüldüyü təsdiqlənib.
Onun öldürülməsi barədə ilk məlumat verən İsrailin müdafiə naziri Katz olub. Katzın sözlərinə görə, Səid İzədi təşkilatın 2023-cü il oktyabrın 7-də İsrailə hücum etməyə hazırlaşdığı dövrdə HƏMAS-ı maliyyələşdirib və silahlandırıb.
“Tasnim” agentliyinin məlumatına görə, yüksək rütbəli hərbçilərin dəfni sabah keçiriləcək.














