İsrail hücuma başladı? SEPAH-ın bazasında güclü partlayış – VİDEO

İsrail hücuma başladı? SEPAH-ın bazasında güclü partlayış - VİDEO

İranın Əlborz əyalətinin Savucbulaq şəhərinə tabe Hiv kəndində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bazasında güclü partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, partlayışın səsi uzaq məsafədən eşidilib və ətraf ərazilərdə ciddi təşviş yaradıb. Hadisənin səbəbi hələ ki rəsmi olaraq açıqlanmayıb.

Bəzi mənbələr partlayışın təsadüfi deyil, məqsədli şəkildə həyata keçirilən bombardman olduğunu iddia edir. Lakin bu məlumatlar İran rəsmiləri tərəfindən təsdiqlənməyib.

Hadisə ilə bağlı araşdırmaların aparıldığı bildirilir.

Qeyd edək ki, bir qədər əvvəl Netanyahu İran xalqına müraciət edib. Ötən gün isə İsrail müdafiə naziri İsrael Katz İran ali rəhbəri Əli Xamaneini hədələmişdi. Bu iki fakt SEPAH bazasındakı partlayışın İsrail tərəfindən törədilməsi ehtimalını gündəmə gətirib.

Tahir Turan
Globalinfo.az