İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Naxçıvana PUA hücum etdiklərini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “SEPAH-Pasdaran” Teleqram kanalında bildirilib.

Hücumun “Araş-2” tipli pilotsuz uçan aparatla həyata keçirildiyi qeyd olunub:

SEPAH əlavə edib ki, bu, “Bakıya ünvanlanmış xəbərdarlıq atəşi”dir.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi İrandan edilən hücumla bağlı sərt bəyanatlar verib. Vurğulanıb ki, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür və və bu hücum aktları cavabsız qalmayacaq.

Paylaş: