sepah 1775461016

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebbi İranın yeni müharibə ehtimalına hazırlığı ilə bağlı sərt açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fars News” məlumat yayıb.  O bildirib ki, yeni silahlı qarşıdurma baş verərsə, SEPAH əvvəlkindən daha güclü və dağıdıcı silahlardan istifadə etməyə hazırdır.

Mohebbinin sözlərinə görə, SEPAH-ın raket arsenalında hazırda mövcud olan döyüş başlıqları əvvəlki müharibələrdə istifadə edilən analoqlardan daha böyük dağıdıcı gücə malikdir.

Açıqlama İranla mümkün yeni hərbi qarşıdurma ehtimallarının müzakirə olunduğu bir vaxtda Tehranın hərbi imkanları ilə bağlı sərt mesaj kimi qiymətləndirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: