Sensasion qərarın verilməsinə hazırlıq gedir – Türkiyəyə pis xəbər

Sensasion qərarın verilməsinə hazırlıq gedir - Türkiyəyə pis xəbər

“Albaniya hökuməti sensasiyalı bir qərar qəbul etməyə hazırlaşır. Ölkə ərazisində təxminən Vatikan tipli Ələvi-Bektaşi “dövləti” yaradılacaq. Təxminən 9-10 hektar ərazisi olan Bektaşi “dövlətinin” başçısı ələvi dədəsi olacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Kənan Rövşənoğlu deyib.

O bildirib ki, bu layihənin siyasi məqsədi var:

“Albaniya baş naziri Edi Rama Bektaşi Dünya Dövlətinin (rəsmi adı belə olacaq) tolerantlıq, sülh və birgəyaşayış nümunəsi olaraq dünyaya təqdim ediləcəyini deyib. Lakin aydırdır ki, burada siyasi məqsəd var. Əsas məqsəd Türkiyə və Balkan ölkələrində geniş yayılmış ələviliyin mərkəzi statusunu elə keçirmək və dünyadakı ələviləri Albaniyaya cəlb eləməkdir”.

K.Rövşənoğlu qeyd edib ki, artıq Türkiyə və digər ölkələrin ələvi icmaları “yeni dövlət” qərarına etiraz edir, amma arqumentlər zəifdir:

“Üstəlik, Türkiyə də daxil olmaqla bir çox ölkədə ələvilik din olaraq tanınmayıb. Yəni hardan baxsan, etirazların effekti olmayacaq.

Albaniya isə ilk baxışdan ağıllı bir qərar verərək dünyanın diqqətini cəlb etmək, dini tolerantlıq mərkəzi obrazı formalaşdırmaq, ən əsası dünyadakı ələvi camaat və fərdləri özünə cəlb eləmək istəyir”.

Turan Rzayev
Globalinfo.az