“Hərbi səlahiyyətlərimi məhdudlaşdırmağa yönəlmiş qətnamənin qəbulu mənasızdır. Sənədi dəstəkləyən senatorlar Vaşinqtonun rəqiblərinə kömək ediblər”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Bu senatorlar yalnız işimi çətinləşdirdilər. Amma mən yenə də öz işimi görəcəyəm, çünki həmişə belə etmişəm”, – deyə Ağ Evin rəhbəri vurğulayıb.
Trampın sözlərinə görə, İran hazırda Vaşinqtona “demək olar ki, hər şeyi verməyə” hazırdır və uzun illərdən sonra ilk dəfə olaraq ABŞ-a və onun prezidentinə hörmət nümayiş etdirir.
O hesab edir ki, qətnamə üzrə səsvermə vaxtsız olub.
Xatırladaq ki, bundan əvvəl ABŞ Senatı Trampın hərbi səlahiyyətlərini məhdudlaşdıran qətnaməni 50-yə qarşı 48 səslə qəbul edib.
Sənədi dəstəkləyənlər arasında dörd respublikaçı senator da yer alıb. Qətnamə Konqresin İranla bağlı hərbi əməliyyatlar üzərində nəzarətini gücləndirməyə yönəlib.
Əliyar Xəlil
Globalinfo.az