Səmada qorxulu anlar: Türkiyədə təyyarəni ildırım vurdu – VİDEO

Səmada qorxulu anlar: Türkiyədə təyyarəni ildırım vurdu - VİDEO

Türkiyədə İstanbul-Bodrum reysi ilə uçan təyyarə Bodrumun Milas hava limanına eniş edə bilməyib və Dalaman hava limanına istiqamətləndirilib. Hava şəraiti yaxşılaşdıqdan sonra yenidən Bodruma uçan təyyarəni ildırım vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb və görüntülər təqdim edib.

Təyyarəyə texniki baxış keçirilib və heç bir fəsad aşkar edilməyib.

Aysel Əliyeva
Globalinfo.az