Şəkidəki “ASAN Xidmət”də faciə: 4 yaşlı qız…

Şəkidəki "ASAN Xidmət"də faciə: 4 yaşlı qız...

Bu gün səhər saatlarında 4 yaşlı Həbibova Mələk Nicat qızı Şəki “ASAN Xidmət” mərkəzinin ikinci mərtəbəsindən yıxılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

X X X

Hadisə ilə bağlı TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün, saat 10:30 radələrində 2021-ci il təvəllüdlü azyaşlı qız ailə üzvləri tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Həkim briqadası tərəfindən dərhal müayinə aparılıb və bioloji ölüm halı təsdiqlənib.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib”.