Şəkidə ildırım düşdü – dağlıq ərazidə yanğın

Şəkidə ildırım düşdü - dağlıq ərazidə yanğın

Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Yanğın nəticəsində 15 hektar sahədə kol-kos, quru ot yanıb.

***

Şəkidə ildırım düşməsi dağlıq ərazidə yanğına səbəb olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, yanğın rayonun Qozlubulaq kəndi ərazisində qeydə alınıb.

Yanğının söndürülməsi üçün Şəki rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikaları və canlı qüvvələri əraziyə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.