“Mən hələ də “Space” telekanalının rəsmi işçisiyəm. İşdən çıxmaqla bağlı ərizə yazmamışam”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında “Space” TV-nin Musiqi Departamentinin rəhbəri Səidə İbrahimli deyib.
“Hazırda televiziyalardan bəzi təkliflər gəlib, bir peşəkar kimi onları dəyərləndirməyə çalışacam. Lakin hələ ki rəsmi olaraq heç bir işə təklif almamışam”, – o bildirib.
Qeyd edək ki, “Space” Müstəqil Teleradio Şirkətinin direktoru olan Vado Korovinin köməkçisi Sərxan Qədimov saytımıza açıqlamasında Səidə İbrahimlinin işdən öz istəyi ilə ayrıldığını bildirib.
Zaira Akifqızı
Globalinfo.az














