1677356005 255017026 4439471609455575 5063600602659127266 n

Vətən müharibəsi şəhidi Valeh Əkbərzadənin övladı dünyasını dəyişib.

Globalinfo.az xəbər verir ki, şəhidin Murad adlı oğlu ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, Valeh Əkbərzadə Vətən müharibəsində 05.11.2020-ci ildə Şuşada şəhid olub.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.1677355937 332494468 6629242837105124 7488552649826706933 n

 

Paylaş: