Avtoqəzada həyatını itirən 22 yaşlı Anarın FOTOLARI

Bir neçə gün əvvəl Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində ağır yol qəzasında həyatını itirən 22 yaşlı Anar Hüseynlinin fotoları yayılıb.

Globalinfo.az xəbər verir ki, sevimli avtomobili olan “Lada Priora” ilə “Toyota” markalı avtomobillə toqquşan Nic qəsəbə sakini 22 yaşlı Anar Hüseynli subay olub. O, avtomobillərə böyük marağı ilə seçilirmiş və qarlı-şaxtalı hava şəraitində ağır qəzaya düşüb. Nəticədə Anar aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Digər nəqliyyat vasitəsinin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Anarın və avtomobilinin bəzi fotolarını təqdim edirik:

Malik
Globalinfo.az