Azərbaycan Ordusunun Laçın rayonunda avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Həsən İsmayılov yanvarın 5-də Gəncədə dəfn olunub.
Vida mərasimindən sonra H.İsmayılov Gəncə şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
***
Azərbaycan Ordusunun Laçında avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Səxavət Axundov yanvarın 5-də Xaçmaz rayonunun Sayad kəndinin qəbiristanlığında dəfn olunub.
***
Laçında avtoqəza nəticəsində həlak olan hərbçimiz Gəncədə dəfn olunacaq.
Dünən Laçın rayonunda yol qəzası zamanı həlak olan iki hərbçimizdən biri Həsən İsmayılov bu gün Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.
Hazırda onun yaşadığı evin qarşısında yas çadırı qurulub.
***
Laçında qəzaya düşən hərbi maşında həlak olan əsgər Səxavət Fərasət oğlu Axundov Xaçmaz rayonunun Sayad kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, dəfn saat 12:00-da baş tutacaq. Hazırda əsgər S.Axundovla vida mərasimi keçirilir.
Xatırladaq ki, yanvarın 4-ü saat 09:30 radələrində Laçın rayonun Minkənd kəndində çətin relyefli dağlıq ərazidə “Ural” markalı hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olublar, daha doqquz hərbçimiz isə xəsarət alıb.














