Minaya düşərək şəhid olan hərbçi dəfn edildi – YENİLƏNİB

Dünən Kəlbəcər rayonunun Çıraq kəndində minaya düşərək şəhid olan gizir Hümbətov Zöhrab Məmməd oğlunun nəşi Tovuz rayon Aşağı Quşçu kəndinə gətirilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları və rayon sakinləri iştirak ediblər. Vida mərasimindən sonra şəhid Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Z.Hümbətov 10 ildən çoxdur, hərbçi idi. O, 3 uşaq atası olub.

Xatırladaq ki, Kəlbəcərdə ermənilərin basdırdığı minanın partlaması nəticəsində daha bir neçə hərbçi də xəsarət alıb.

***13:08

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətovun nəşi ailəsinə təhvil verilib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, mərhumun cənazəsi ailəsinin yaşadığı Tovuz rayon Aşağı Quşçu kəndinə gətirilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər.

Vida mərasimindən sonra şəhid Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub. Onun 3 övladı yadigar qalıb.

Şəhid hərbçi 3 uşaq atası idi...

Minaya düşərək şəhid olan hərbçi dəfn edildi