Şəhid atası vəfat etdi – FOTO

Şəhid atası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Anar Əmirovun atası dünyasını dəyişib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, şəhidin atası Allahverdi Əmirov xəstəlik səbəbindən vəfat edib. O, Füzuli rayonu Əhmədalılar kənd məzarlığında dəfn edilib.

Qeyd edək ki, 2000-ci ildə Sabirabadın Bulaqlı kəndində anadan olan Anar Əmirov 2020-ci ilin oktyabrın 20-si Zəngilan istiqamətindəki döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid atası vəfat etdi - FOTO
Şəhid atası vəfat etdi - FOTO

Şəhid atası vəfat etdi - FOTO