Şəhid atası necə itkin düşməsindən danışdı

Şəhid atası necə itkin düşməsindən danışdı“Hava dumanlı olduğundan yolu azdım, evə gedə bilmədim”.

Globalinfo.az xəbər verir ki, bunu APA-ya Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər rayon sakini, şəhid atası Kamil Abdullayev deyib.

“Dünən səhər çaşır yığmağa getmişdim. Axşamüstü qızımla danışanda dedim ki, gəlirəm. Sonra bir qədər də çaşır yığdım. Bu zaman duman gəldi, güclü yağış yağdı. Hansı tərəfə gedəcəyimi bilmədim. Bu gün səhər tezdən duman çəkiləndən sonra yola davam elədim. Göygöl rayonunun Danayeri kəndinə gedib çıxdım. Orda polislər məni tapdılar”, deyə Kamil Abdullyev bildirib.

O, hazırda özünü yaxşı hiss etdiyini deyib.

***16:10

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.

Globalinfo.az xəbər verir ki, bu bardə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, meşədə itkin düşən Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü Kamil Abdullayev polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Onun həyatı üçün təhlükə yoxdur.

***10:12

Daşkəsəndə itkin düşən şəhid atası ilə bağlı rəsmi açıqlama verilib.

Globalinfo.az bildirir ki, Teleqraf-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Daşkəsən rayonunda meşədə itkin düşən şəhid atası ilə bağlı verilən açıqlamada deyilir:

“Hazırda Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsin yerinin müəyyən olunması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir. Axtarış tədbirlərinin nəticəsi barəsinə əlavə məlumat veriləcək”.

X X X

Daşkəsən rayonunun Bayan kənd sakini meşədə itkin düşüb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, rayonun Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu mayın 4-də saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, lakin evə qayıtmayıb.

Hazırda onun axtarışları davam etdirilir.

Qeyd edək ki, K.Abdullayev şəhid atasıdır.