Zaqatalada ana və qızı qazdan zəhərlənib.
Globalinfo.az lent.az-a istinadən bildirir ki, hadisə Əliabad qəsəbəsində baş verib.
41 yaşlı İrapova Naimə və qızı 15 yaşlı Havva yaşadıqları evdə dəm qazından zəhərlənərək, xəstəxanaya yerləşdiriliblər.
Araşdırma aparılır.
Qeyd edək ki, Naimə İrapova və qızı Vətən müharibəsi şəhidi İsmayıl İrapovun anası və bacısıdır.