İraq səfirliyinə məxsus avtomobil Bakıda yol hərəkəti qaydalarını pozub.
Globalinfo.az xəbər verir ki, teleaparıcı İlkin Həsəni qayda pozan avtomobilin fotosunu paylaşıb.
Fotodan da görünür ki, İraq səfirliyinə məxsus avtomobil avtobus dayanacağı və velosiped zolağında park edilib.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, 2 bal və 100 manat cərimə nəzərdə tutulub.














