Səfirimiz Qurtuluş Günü ilə başqa təqvimi səhv saldı – FOTO

Səfirimiz Qurtuluş Günü ilə başqa təqvimi səhv saldı – FOTO

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov Milli Qurtuluş Günü ilə Milli Dirçəliş Gününü səhv salıb.

Globalinfo.az xəbər verir ki, o, tviter səhifəsində “Milli Dirçəliş Günümüz mübarək” yazıb.

Jurnalist Heydər Oğuz isə səfiri bu paylaşıma görə “Nemətpərəst” adlandırıb:

“Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, deyəsən, əməlli-başlı Nemətpərəst imiş. Belə olmasaydı, o, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı münasibətilə təqvimə düşən Milli Qurtuluş Gününü Nemət Pənahovun 17 noyabr 1988-ci ildə başlatdığı Milli Dirçəliş Günü ilə qarışdırmazdı”, – jurnalist qeyd edib.

Həmin paylaşımı təqdim edirik:

Səfirimiz Qurtuluş Günü ilə başqa təqvimi səhv saldı – FOTO

Zaira Akifqızı
Globalinfo.az