Səfirdən bayramla bağlı maraqlı paylaşım – VİDEO

Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. 

Globalinfo.az bildirir ki, səfir bu barədə “Twitter” hesabında paylaşım edib.

O, bayrama aid olan nemətlərin dadına baxıb və fikirlərini bölüşüb:

“Nəhayət, bütün Novruz şirniyyatlarının dadına baxdım. Bəh-bəh-bəh!

Novruz bayramınız mübarək!”.