Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində ekspert qismində əyləşən Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında gərgin anlar barədə məlumat vermişdik.
Anar Vəziroğlu “Bu qadında ləyaqət yoxdur” deyərək Şəfiqə Nağıyevanın üstünə su atıb. Sözügedən hadisədən sonra ekspert proqramdan uzaqlaşdırılıb.
Globalinfo.az xəbər verir ki, vəkil Şəfiqə Nağıyeva sözügedən məsələlərlə bağlı danışıb.
Vəkil onu efirdə təhqir edən Anar Vəziroğlunu məhkəməyə verəcəkmi sualına Şəfiqə Nağıyeva yox cavabını verib.
Son günlər baş verən hadisələr fonunda vəkilin hər zaman ekspert qismində iştirak etdiyi ARB kanalında yayımlanan “Elgizlə İzlə” verilişində görünməməsi də müəyyən şübhələrə yol açıb. Hətta verilişin aparıcısı Elgiz Əkbər mətbuata açıqlamasında bildirib ki, Şəfiqə Nağıyeva heç vaxt onun verilişində olmayacaq. Amma aparıcı bunun səbəbini açıqlamayıb.
Mövzu ilə bağlı oxu24.com vəkil Şəfiqə Nağıyevanın özündən də mövqeyini öyrənib:
– Bizdə olan məlumata görə Sizin ARB kanalında iştirakınıza qadağa qoyulub. Bu nə dərəcədə doğru məlumatdır? Sizi Elgiz Əkbərin verilişində niyə görmürük? Sizi proqramdan kim uzaqlaşdırıb?
– Qərarı mən özüm vermişəm. Məni heç kim verilişdən uzaqlaşdırmayıb.İstədiyim verilişdə iştirak edirəm.














