Səfərbərlik Xidmətinə yeni sözçü təyin olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi vəzifəsinə yeni təyinat olub.

Globalinfo.az xəbər verir ki, bu vəzifəyə Pərviz Sədrəddinov gətirilib.

Qeyd edək ki, P.Sədrəddinov buna qədər “Kapital Bank”da İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsini tuturdu.