Alla Puqaçova Tel-Əviv hava limanında: Qalkinlə birlikdə İsraildən qaçırlar – FOTO

Rusiyalı məşhur müğənni Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkin Tel-Əviv hava limanında görüntüləniblər. 

Globalinfo.az xəbər verir ki, HƏMAS-ın İsrailə gözlənilməz hücumundan sonra bir çox vətəndaşla birlikdə onların da ölkədən qaçmağa çalışdıqları deyilir.

Hava limanında çəkilən bir foto sosial medianın gündəmində müzakirələrə səbəb olub. Fotodakı şəxsin Maksim Qalkin və yanında dayanan qadının da Alla Puqaçova olduğu iddia edilir.

Onların Almaniya, ya da İngiltərəyə üz tutacaqları deyilir.

Qeyd edək ki, Alla Puqaçova 2022-ci ildə İsrail vətəndaşlığını qəbul edib. Onun həyat yoldaşı Maksim Qalkin isə Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent funksiyalarını yerinə yetirən şəxslərin reyestrinə daxil edilib.

Əliyar Xəlil 
Globalinfo.az