
Zaqatalada baş vermiş saxtakarlıq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Zaqatala News” teleqram kanalı məlumat yayıb.
Məlumatda bildirilib ki, rayonun Göyəm kəndindən olan bir şikayətçi saxta yollarla evinin və torpağının əlindən alındığını iddia edir.
Şikayətçinin sözlərinə görə, hətta bunu edən şəxslər sağ adamın adına ölüm kağızı alıblar və ölmüş valideynlərini “evləndirib”lər.














