Saxlanılan terrorçu xəstəxanada dindirildi: “Sənədləri orada aldım…”- VİDEO

Ötən gün Moskvada “Krokus Siti Holl” kompleksində terakta görə saxlanılan terrorçulardan birinin xəstəxanada dindirilmə görüntüləri yayılıb. 

Globalinfo.az xəbər verir ki, videoda terrorçunun yaralı olduğu görünür.

O özünü 19 yaşlı Məhəmmədsobir Fayzovd kimi təqdim edib. Rus dilini bilmədiyi üçün ifadə zamanı xəstəxanaya tərcüməçi gətirilib.

Terrorçu Rusiya Federasiyasında qalmaq üçün hava limanında naməlum şəxslərdən sənədlər götürdüyünü açıqlayıb.

Qeyd edək ki, ümumilikdə “Krokus”dakı terror aktında şübhəli bilinən 11 nəfər saxlanılıb.

Ayşən Mustafa
Globalinfo.az