Şavkat Mirziyoyev Adil Kərimlini qəbul etdi – FOTOLAR

Bu gün Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Mədəniyyəti Günləri çərçivəsində Daşkənddə səfərdə olan mədəniyyət naziri Adil Kərimlini qəbul edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüşün əvvəlində Adil Kərimli Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.

Görüşdə Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq və humanitar sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, hazırda Daşkənddə Azərbaycanın Mədəniyyəti Günləri keçirilir. Bu çərçivədə tədbirlər iyunun 14-dək davam edəcək.