Şarmazanov: “2019-cu ildə Paşinyanın Şuşada Araiklə nə işi vardı?”

Şarmazanov: "2019-cu ildə Paşinyanın Şuşada Araiklə nə işi vardı?"

“Əgər həqiqətən 2018-ci ildə “artsax”ın dağılacağını anlamışdınsa, niyə 2019-cu ildə Xankəndidə qışqırdın ki, “artsax” Ermənistandır və nöqtə?”

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının İcraiyyə orqanının nümayəndəsi, keçmiş vitse-spiker Eduard Şarmazanov deyib.

E.Şarmazanov Baş nazir Nikol Paşinyanın Qarabağ məsələsinin hələ 2016 və 2018-ci illərdə bağlandığına dair açıqlamasına münasibət bildirib:

“Nikol Paşinyan niyə 2018-ci ildə Artsaxın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasının qaçılmaz olduğunu elan etdi? 2020-ci ildə Şuşada Araik Arutyunyanın andiçmə mərasiminə qürurla qatılmışdı. Əgər məsələnin bağlandığını düşünürdüsə, orada nə işi vardı? 2020-ci il oktyabrın 19-da Putinin müharibəni bitirmək təklifini niyə rədd etdi? Hələ “artsax”ın müstəqilliyini tanıtmaq istəyirdi. Bütün bunların bir izahı var, Paşinyan əslində erməni millətinin düşmənidir. Başqa açıqlaması yoxdur”.

Ayşən Mustafa
Globalinfo.az