Şarl Mişel sərhəddə yerləşdiriləcək missiya ilə bağlı paylaşım etdi

“Avropa İttifaqı missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsini alqışlayıram”.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel tviterdə qeyd edib.

“Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronla görüşünün ardınca monitorinq missiyasının Ermənistanda onun Azərbaycanla sərhədi boyunca yerləşdirilməsini alqışlayıram. Bu, etimadın yaradılmasına xidmət edəcək”, – paylaşımda qeyd edilir.