1701860762 zaxarova 2

Rusiya dəfələrlə Avropa Birliyinin Ermənistanda hərbiləşmiş mövcudluğunun qarşıdurma xarakteri daşıdığını şərh edib.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bu missiyanın anti-Rusiya, anti-Azərbaycan və anti-İran hədəfləri daha çox aydın olur, xüsusilə NATO ölkələri ona qoşulmağa başlayanda hər şey anlaşıldı”, – o bildirib.

Zaxarovanın sözlərinə görə, Avropa Birliyindən regionu geosiyasi rəqabət arenası və hərbi-siyasi vəziyyəti destablizasiya etməkdən başqa heç nə gözləməyə dəyməz:

“Biz əminik ki, Cənubi Qafqaz qarşısında duran bütün aktual problemlər region dövlətlərinin kollektiv səyi əsasında, xarici müdaxilə olmada həll edilməlidir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: