ABŞ-da 22 nəfərin qatili intihar etdi

Amerikanın Men ştatının Lyuiston şəhərində baş verən atışmada şübhəli bilinən şəxsin meyiti tapılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə NBC News hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Hələlik rəsmi təsdiq olmasa da, şübhəli 40 yaşlı Robert Cardın intihar etdiyi deyilir.

Qeyd edək ki, oktyabrın 26-da ABŞ-da silahlı insident olub.

Men ştatının Lyuiston şəhərindəki atışma nəticəsində 22 nəfər ölüb, 60 nəfər yaralanıb.