Şahramanyanın maşını buna görə aparılıb – Detallar

Bir neçə gün öncə hazırda Ermənistanda olan keçmiş qondarma rejimin “rəhbəri” Samvel Şahramanyanın “xidməti” maşını müsadirə edilməsi ölkədə səs-küyə səbəb olmuşduş 

Globalinfo.az xəbər verir ki, müsadirəni zorakılıq şəklində həyata keçirilməsi, polislərin şiddət göstərərək avtomobili götürməsi xüsusi diqqət çəkmişdi.

Ermənistan İstintaq Komitəsi maşının hansı səbəbdən müsadirə edildiyini açıqlayıb.

Məlumata görə, Samvel Şahramanyanın “xidməti” avtomobili narkotik alveri ilə bağlı həyata keçirilən əməliyyat çərçivəsində müsadirə edilib. Lakin prosesin detalları açıqlanmayıb.

Zaira Akifqızı
Globalinfo.az