Samvel Karapetyan həbs edildi

Samvel Karapetyan həbs edildi

İrəvan şəhər məhkəməsi tanınmış iş adamı Samvel Karapetyanın barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.

Onun vəkili məhkəmə qərarını “qanunsuz” adlandırıb.

Karapetyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci bəndi üzrə – hakimiyyətin ələ keçirilməsinə, ərazi bütövlüyünün pozulmasına, suverenlikdən imtinaya və konstitusiya quruluşunun zorakı yollarla dəyişdirilməsinə açıq çağırışda ittiham irəli sürülüb.

Məlumata görə, Karapetyan gecə saatlarında polis rəis müavininin müşayiəti ilə polis idarəsinə, oradan isə İstintaq Komitəsinə aparılıb.

Aysel Əliyeva
Globalinfo.az