Şamil Ayrım İlham Əliyevi təbrik etdi

Şamil Ayrım İlham Əliyevi təbrik etdi

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Zati-alinizə və ailənizə möhkəm cansağlığı, ömür boyu xoşbəxtlik arzulayıram.

Zati-alinizin humanist, müdrik siyasəti sayəsində Azərbaycan Respublikası dünyada gündən-günə etibarını möhkəmləndirir.

Möhtərəm Prezident, fürsətdən istifadə edərək cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Türkiyə və Azərbaycan arasında böyük layihələrin reallaşmasını təmin etdiyinizə görə təşəkkürümü bildirirəm”.