Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu

Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu

Şamaxı rayonunun Məlhəm kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Globalinfo.az-a bildirilib ki, araşdırmalarla yanğının rayon sakini, 38 yaşlı Kənan Səlimov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 1 hektar quru ot sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.