Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu

Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu

Avqustun 27-də Şamaxı rayonunun Muğanlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Globalinfo.az-a bildirilib ki, araşdırmalarla yanğının rayon sakini Mirağa Kazımov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.