
Şamaxı rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şamaxı şəhər sakini 1998-ci il təvəllüdlü Məmmədova Ləman İnqilab qızı yaşadığı evin hamam otağında dəm qazından boğulub.
O, Göylər kənd 2 saylı orta məktəbdə tarix müəllimi işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.

***09:21
Şamaxıda 27 yaşlı qız dəm qazından boğulub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Məmmədova Ləman İnqilab qızı Şamaxı şəhərində yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.