Misli Premyer Liqasında XXXI tur başa çatıb.
Globalinfo.az xəbər verir ki, sonuncu matçda “Zirə” “Sumqayıt”ı qəbul edib.
Qarşılaşma Bakı klubunun qələbəsi ilə yekunlaşıb – 3:1.
Meydan sahiblərinin heyətində 6-cı dəqiqədə Giorgi Papunaşvili, 45+1-ci dəqiqədə Martins Junior, 89-cu dəqiqədə Salifu Suma fərqləniblər. Qonaqlarda Bobur Abdixolikov 52-ci dəqiqədə adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 61-ə çatdıran “Zirə” ikinci pillədə qərarlaşıb. “Gənclik şəhəri” təmsilçisi 29 xalla səkkizinci sıradadır.
Günün ilk matçında “Şamaxı” evdə “Kəpəz”i məğlub edib – 2:1.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Neftçi”ni 3:0, “Sabah” “Səbail”i 3:2 hesabı ilə üstələyib. “Araz-Naxçıvan” – “Turan Tovuz” görüşündə isə qalib müəyyənləşməyib – 1:1.
***
Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura yekun vurulacaq.
Globalinfo.az xəbər verir ki, son günün ilk oyununda “Şamaxı” “Kəpəz”i qəbul edib.
Üç qolluq bu qarşılaşma meydan sahiblərinin xeyrinə yekunlaşıb.
Qarşılaşmanın 27-ci dəqiqəsində Alfons Msanqa hesabı açsa da, 35-ci dəqiqədə Luis Paçu qonaqların bərabərlik qolunu vurub. 66-cı dəqiqədə fərqlənən Brahim Konate “Şamaxı”nı yenidən hesabda önə çıxarıb – 2-1.
Turun qapanış matçında isə “Zirə” “Sumqayıt”ı sınağa çəkəcək.
Daha öncə keçirilmiş “Araz-Naxçıvan” – “Turan Tovuz” matçında heç-heçə (1:1) qeydə alınıb, “Sabah” “Səbail”ə (3:2), “Qarabağ” “Neftçi”yə (3:0) qalib gəlib.
Azərbaycan Premyer Liqası
31-ci tur
20 aprel
“Şamaxı” – “Kəpəz” 2:1
Qollar: Alfons Msanqa, 27. Brahim Konate, 67 – Luis Paçu, 35.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov .
Şamaxı şəhər stadionu, 16:30.














