“Şamaxı” ilə “Səbail” heç-heçə etdi

“Şamaxı” ilə “Səbail” heç-heçə etdi

Azərbaycan Premyer Liqasında 33-cü tur davam edir. 

Globalinfo.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

Əvvəlcə “Şamaxı” öz meydanında “Səbail”i qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Beləliklə, “Şamaxı” turnir cədvəlində 36 xalla 6-cı, “Səbail” isə 22 xalla sonuncu – 10-cu yerdə qərarlaşıb.

Günün ikinci matçında “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gələcək. Hazırda Naxçıvan klubu 54 xalla turnir cədvəlində üçüncü, Masazır təmsilçisi isə 40 xalla dördüncüdür. Əsas izləyicisi “Turan Tovuz”u 5 xal qabaqlayan “Araz-Naxçıvan” bugünkü matçda qələbə qazansa, bürünc medallara doğru böyük addım atmış olacaq.

Bu mövsüm tərəflərin keçirdiyi 3 matçdan birində “Sabah” qalib gəlib, digər iki görüş isə heç-heçə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında artıq “Qarabağ” qızıl, “Zirə” isə gümüş medalları təmin edib.

3 may

17:00. “Şamaxı” – “Səbail” – 1:1 

Qollar: Alfons Msanqa, 33 (1:0), Rüfət Abullazadə, 67 – pen. (1:1)