541587828 18029651768710350 1000524835844857379 n1757849235

Misli Premyer Liqasının IV turunda “Şamaxı” “Karvan-Yevlax”a qalib gəlib.

Globalinfo.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbəyə sevinib.

Qolları Alfons Msanqa (38) Andrey Tirkoveanu (45) və Sezar Enrike (71) aktivlərinə yazdırıblar.

Cari mövsüm ilk qələbəsini qazanan “Şamaxı” xallarının sayını 5-ə çatdırıb.

Qeyd edək ki, daha əvvəl “Araz-Naxçıvan” “Kəpəz”i iki, “Turan Tovuz” “Qəbələ”ni, “İmişli” isə “Sumqayıt”ı bir cavabsız qolla üstələyib. “Qarabağ” – “Zirə” oyununda qalib müəyyənləşməyib – 1:1.

Paylaş: