Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-21015” markalı avtomobillə “VAZ-2106” markalı avtomobil toqquşub.
Qəza nəticəsində Neftçala rayon sakinləri – 1967-ci il təvəllüdlü Əsgərov Mürsəl Əlifağa oğlu, 1990-cı il təvəllüdlü Əliyev Təbriz Böyükkişi oğlu, 1992-ci il təvəllüdlü Nuriyev Niyaməddin Zöhrab oğlu; Salyan sakinləri – 1959-cu il təvəllüdlü Babayev Abdulla Paşa oğlu və 2009-cu il təvəllüdlü Əsgərova Xatirə Şirin qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
TƏBİB-dən bildirilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
Faktla bağlı araşdırma aparılır.














